Şəhidimizin xanımı yeni musiqisini təqdim etdi - Video

Şəhidimizin xanımı yeni musiqisini təqdim etdi - Video

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın müəllifi olduğu “Yenilməzsən Azərbaycan!” musiqi kompozisiyasının ilk təqdimatı keçirilib. Musiqi kompozisiyasını xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov ifa ediblər.

Axeber.az-ın məlumatına görə, kompozisiyanın sözləri və musiqisi Könül xanım Hüseynovaya aiddir. Kompozisiya vətənpərvərlik və döyüş ruhundadır. Vətən müharibəsində xalqımızın qələbə sevincini və mübarizə əzmini özündə əks etdirir.

Təqdimatda MDTF-nun icraçı direktoru Mehman müəllim bildirdi ki, daim şəhid ailələrinə və qazilərimizə irəli sürdükləri təkliflərdə dəstək olmuşlar.

“Zəfər” Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirdi ki, şəhid xanımının belə bir yaradıcılıq təşəbbüsü ilə çıxış etməsi cəmiyyətimiz üçün bir vətənpərvərlik göstəricisidir.

Kompozisiyanın müəllifi Könül xanım artıq uzun illərdir musiqi sahəsində çalışdığını qeyd etmiş və Vətən müharibəsinin başlanğıcında ürəyindən və düşüncəsindən keçən duyğuları nəğmələrdə ifadə etdiyini bildirmişdir.

Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov kompozisiyanı məmnuniyyətlə və böyük fərəh hissi ilə ifa etdiklərini qeyd etdilər.

Kompozisiyanın qısa müddət ərzində klip şəklində hazırlanması nəzərdə tutulur.