Şəhid polkovnikin oğlu: Hər bir vətənpərvər gənc kimi hərbi təlimlərdə iştirak etməyə hazıram

Şəhid polkovnikin oğlu: Hər bir vətənpərvər gənc kimi hərbi təlimlərdə iştirak etməyə hazıram

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi təlimlər çox gözəl bir addımdır.


Bunu Trend-ə açıqlamasında şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.

Onun sözlərinə görə, bu təlimlərdə iştirak etmək hər bir vətəndaşın borcudur:

“Bu planlı bir təlimdir. Ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə cəlb olunur və hərbiyə aid bilikləri təkmilləşdirilir. Bu da öz növbəsində çox gözəl bir addımdır və əlbəttə çağırılsaq, hər bir Azərbaycan gənci kimi, vətənpərvər vətəndaş kimi borcumuzdur ki, belə bir təlimlərdə iştirak edək. Hər zaman hazırıq və hər zaman hazıram. Sadəcə olaraq əmr gözləyirik və səbr edirik”.

Loading...