Səhiyyə Nazirliyi: “Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi davam etdirilir”

“Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi bu gün də davam etdirilir”.
Axeber.az bildirir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, hələlik bir nəticə yoxdur:
“Digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqlarla bağlı da heç bir nəticə yoxdur”.