Sentyabrın 15-də bölgələr üzrə pensiyalar ödəniləcək

Sentyabrın 15-də bölgələr üzrə pensiyalar ödəniləcək

Azərbaycanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabrın 15-də nəzərdə tutulub.

Axeber.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.