Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə etdi

Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

Bu barədə Axeber.az Rusiya XİN-ə istinadən məlumat verir.

Nazirlər arasında bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında mövcud münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər habelə Suriya, İsrail - Fələstin arasındakı münasibətlər daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.