Sərhəddə qara çanta tapıldı, içindən görün nə çıxdı - FOTOLAR

Sərhəddə qara çanta tapıldı, içindən görün nə çıxdı - FOTOLAR

10 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb.

Axeber.az bildirir ki, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanıb.

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gəti­rən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.10 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülmüşdür. 

Sərhəddə qara çanta tapıldı, içindən görün nə çıxdı - FOTO