Sərnişinlər bu avtobusdan narazılıq etdi

Sərnişinlər bu avtobusdan narazılıq etdi

Bakıda avtobus oturacaqları yaş olduğu üçün üzərinə karton kağızlar qoyulub.

Axeber.az bildirir ki, hadisəni əks etdirən fotonu sərnişin Təhminə Quliyeva sosial şəbəkədə paylaşıb. Sərnişin bildirib ki, 184 saylı marşrut xəttində işləyən avtobuslar üçün bu, adi haldır:

“Mərkəz ərazilərdəki avtobusları, onların şəraitini düzəltməklə iş bitirsə, o zaman demək işiniz bitib. Artıq bilmirəm neçənci dəfədir ki, Suraxanı-Ulduz istiqamətində hərəkət edən 184 saylı marşrut xəttindən şikayət yazıram. Maksimum 30 nəfərlik avtobusda Koroğlu və ətraf əraziyə hər səhər 60-70 nəfər adam gəlir. 1 saatlıq yol üçün xətdə cəmi 7 avtobus var. Avtobusun şəraitindən isə ümumiyyətlə danışmıram. 

1 ildən çoxdur ki, həm rəsmi, həm mail, həm sosial şəbəkələrdə yazdığım şikayətlərə cavab olaraq, tədbir görüləcəyi bildirilir. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirib ki, şikayət nəzarətə götürülüb:

“Tam əmin ola bilərsiz ki, bu cür narahatlıqların sonuna çox az qalıb. Mərkəzdə olduğu kimi ətraf ərazilərdə də müasir komfortlu avtobuslar və peşəkar sürücülər sərnişinlərə xidmət edəcək. Bütün qəsəbələrimizdə sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması üçün ciddi iş aparılır”.