Səudiyyə Ərəbistanında qadınların futbol oynamasına icazə verildi

Səudiyyə Ərəbistanında qadınların futbol oynamasına icazə verildi

Səudiyyə Ərəbistanı hökuməti ölkədə qadın futbol liqasının təsis edilməsinə icazə verib.

Bu barədə “BBC” məlumat yayıb.

Oyunlar Ər-Riyad və digər şəhərlərdə keçiriləcək.

Səudiyyə Ərəbistanı rəsmiləri bildirib ki, onlar qadınların idman həyatında iştirakını təmin etmək istəyirlər.

Qeyd edək ki, son illər Səudiyyə Ərəbistanında qadınların hüquqlarının bərpası istiqamətində bir sıra addımlar atılıb.

2019-cu ildə Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan xaricə getməyə, avtomobil idarə etməyə, stadiondan futbol oyunlarını izləməyə icazə verilib.