Test nəticəsi neqativ çıxan şəxslərə SMS göndərilməsinə başlanılıb

Test nəticəsi neqativ çıxan şəxslərə SMS göndərilməsinə başlanılıb

"Bu gündən test nəticəsi neqativ çıxan şəxslərə SMS göndərilməsinə başlanılıb".

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, testdən keçən şəxslər yaşadıqları ərazi üzrə sahə poliklinikasına müraciət edib cavablarını götürə bilərlər.