Soliton Mağazalar Şəbəkəsi cərimələndi

Soliton Mağazalar Şəbəkəsi cərimələndi

Məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə məşğul olan "Soliton LTD" MMC barəsində karantin qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilib.


E-huquq.az-ın məlumatına görə, mağaza İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinin tələblərini pozmaqda ittiham edilir.

Protokola Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Məhkəmə protokul təmin etsə, şirkət 400 manat məbləğində cərimə ediləcək.

Loading...