Şolts Ərdoğanı Almaniyaya səfərə dəvət etdi

Şolts Ərdoğanı Almaniyaya səfərə dəvət etdi

Almaniya kansleri Olaf Şolts ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Şolts Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib və onu Almaniyaya səfərə dəvət edib.

Mənbə: TASS