Azərbaycanda daha bir zəlzələ oldu

Azərbaycanda daha bir zəlzələ oldu

Hacıqabulda ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.

Axeber.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ olub.

Yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, birinci təkanlar 07:05-də 3,3 maqnitudada qeydə alınmışdı.