Azərbaycanda dəhşətli qəza: 5 nəfər öldü, yaralılar var

Azərbaycanda dəhşətli qəza: 5 nəfər öldü, yaralılar var

Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub. 

Rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan nəfər sərnişin hadisə yerində ölüb. 

Yaralılar:

1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev,

1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə. 

Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar.  //report