Bakıda atışma oldu, xəsarət alan var

Bakıda atışma oldu, xəsarət alan var

Bakının Binəqədi rayonunda silahlı insident hadisəsi baş verib.

Axeber.az xəbər verir ki, hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb.

Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək, xəsarət alan şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.

Fakt araşdırılır. /APA/