Bakıda sərnişin avtobusu qəza törətdi - xəsarət alan var - FOTO

Bakıda sərnişin avtobusu qəza törətdi - xəsarət alan var - FOTO

Bakıda zəncirvari yol qəzası baş verib.

Axeber.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 24 saylı marşurut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu qəza törətdi - xəsarət alan var - FOTO