SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***

11:50

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Axeber.az