Nazirlər Kabineti toyların təşkili ilə bağlı MÜHÜM QƏRAR VERDİ

Nazirlər Kabineti toyların təşkili ilə bağlı MÜHÜM QƏRAR VERDİ

Xəbər verdiyimiz kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin mayın 31-dən yumşaldılmasına qərar verilib.

Axeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Buna baxmayaraq, bəzi məhdudiyyətlər isə iyunun 15-dək qüvvədədədir. Qərara əsasən, toy məclislərinin təşkili ilə bağlı qadağa da qüvvədə qalır.