Son dəqiqə: Düşmənin hərbi hissəsi ələ keçirildi - Video

Son dəqiqə: Düşmənin hərbi hissəsi ələ keçirildi - Video

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Müdafiə Nazirliyindən Axeber.az-a verilən xəbərə görə, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.