"Sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər müvəqqəti səciyyə daşıyır" - Prezident

"Sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər müvəqqəti səciyyə daşıyır" - Prezident

“Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq”. 

Axeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlərlə bağlı sualı cavablandırarkən deyib. 

Prezident bildirib ki, bu, müvəqqəti səciyyə daşıyır: “Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaq. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır”.