ÜST-dən yeni təhlükəli mərhələ ilə bağlı XƏBƏRDARLIQ

ÜST-dən yeni təhlükəli mərhələ ilə bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının indiyədək yoluxma sayına görə pik həddə çatdığını bildirib.

Axeber.az-ın məlumatına görə, ÜST virusun yeni təhlükəli mərhələyə girdiyini açıqlayıb.

Bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. O, Cənubi Asiya və Orta Şərqdə yoluxma sayında artım qeydə aldığını söyləyib. Virusun hələ də sürətlə yayılmaqda olduğunu bildirən baş direktor karantin rejimini yumşaldan ölkələrə xəbərdarlıq edildiyini də diqqətə çatıdıb.