ÜST: Koronavirusa daha 284 mindən çox insan yoluxub

ÜST: Koronavirusa daha 284 mindən çox insan yoluxub

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. 

Belə ki, son 24 saatda dünyada koronavirusa 284 mindən çox yeni yoluxma təsdiqlənib, bununla da koronavirusa yoluxanların ümumi sayı 19,1milyon nəfəri ötüb.

Təşkilatın məlumatına görə, dünyada koronavirusdan ölüm hallarının sayı son gün ərzində 6 mindən çox artıb və 716mini ötüb.

Qeyd edilir ki, dünyada COVID-19-a ümumilikdə 19187943 yoluxma, 716 075ölüm qeydə alınıb. Son bir gündə yeni yoluxmaların sayı 284 441 təşkil edib, bununla yanaşı, daha 6 565 insan pandemiyanın qurbanı olub.

Şimali və Cənubi Amerika yoluxmaların sayı üzrə birinci yerdədir. Bu qitədə koronavirusa 1029044 yoluxma aşkarlanıb. Bir gün ərzində artım göstəricisi 155 122 təşkil edib.

Avropa regionunda 3 545 395 yoluxma, 216 097 ölüm qeydə alınıb. Son 24 saatda 31 409 yoluxma qeydə alınıb, 458 insan ölüb./report