Suqovuşan və Ağdərədə 21 ermənini məhv edən kəşfiyyatçımız - VİDEO

Suqovuşan və Ağdərədə 21 ermənini məhv edən kəşfiyyatçımız - VİDEO

Vətən müharibəsinin qəhrəmanlarını tanıtmaqda davam edirik.

Kazus.az xəbər verir ki, Kanal Nasibli “youtube” kanalı Suqovuşan və Ağdərə istiqamətlərində döyüşərək yaralanan Qayvalı Qurbanov haqda videoreportaj hazırlayıb.

1989-cı il mart ayının 15-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində doğulan Q.Qurbanov oktyabr ayının 5-də könüllü olaraq döyüşlərə yollanıb. O, Vətən müharibəsində 21 erməni hərbçisini məhv edib.

Döyüşlər zamanı Q.Qurbanov ayağından yaralanıb. Lakin hospitalda müalicə olunmaqdan imtina edib.

O, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarına əsasən, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Həmin videoreportajı təqdim edirik: