Şuşaya çəkilən yoldan - Fotolar

Şuşaya çəkilən yoldan - Fotolar

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintintisinə başlanılıb. 

Bu barədə Axeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumatda bildirilir. Yolun uzunluğu 101,5 km, yolun ümumi eni isə 37,7 m təşkil edəcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.

 Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.