Tanınmış azərbaycanlı sənətçi xərçəngə düçar oldu - Başında şiş aşkarlandı

Tanınmış azərbaycanlı sənətçi xərçəngə düçar oldu - Başında şiş aşkarlandı

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün səhhətində ciddi problemlər yaranıb.

Sənətçinin başında onkoloji şiş aşkarlanıb.

Ağrılarının çoxalmasından sonra həkim yoxlanışından keçən G.Şükürlüyə təcili əməliyyat olunmağının vacibliyi qeyd edilib. Lakin maddi durumu yaxşı olmayan qarmon ifaçısı bundan imtina edib.(Qafqazinfo)