Tanınmış şair Zahir Abbasın yeni kitabının təqdimatı oldu - FOTO

Tanınmış şair Zahir Abbasın yeni kitabının təqdimatı oldu - FOTO

Sumqayıt Poeziya Evində ziyalıların, şairlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tanınmış şair Zahir Abbasın "Mən sənə qəlbimdə yer saxlamışam" adlı növbəti kitabının təqdimatı və imza günü keçirilmişdir.

Qeyd etmək lazımdır ki, bundan əvvəl şairin "Xəbər gətir" (2000), "Unuda bilmədim" (2002), "Sənsiz yaman darıxmışam"(2005),  "Yuxuma gəl"(2007), "Mən nədən sevmədim vaxtında səni"(2009), "Vətən"(2009), "Sən gəlməz oldun"(2012),  "Ömürlük sevgi yaram"(2014), "Gizli dünyam" (2018) şeirlər kitabları  oxucuların stolüstü kitabına çevrilmişdir.

Əminik ki, sözügedən kitab da əvvəlki kitablar kimi geniş oxucu kütləsinin marağına səbəb olacaqdır. Redaksiya heyəti adından şairi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.