Tanınmış vəkil Şaiq Mirzəyev təltif edildi

Tanınmış vəkil Şaiq Mirzəyev təltif edildi

Sentyabrın 21-də Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru, Rusiya Vəkillər Gildiyasının prezidenti, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, hüquq elmləri doktoru, vəkillik və notariat kafedrasının professoru, Rusiya Federasiyasının əməkdar hüquqşünası Həsən Mirzəyev "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Media Şurasının üzvü Şaiq Mirzəyevlə işgüzar görüş keçirib.

Görüş zamanı tərəflər əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin Azərbaycan Respublikasında rusdilli vətəndaşların hüquqlarının qorunması istiqamətində fəal işlər görüldüyünü vurğulanıb.

Sonra Şaiq Mirzəyev "Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə" medalı və fəxri döş nişanı ilə təltif edilib.

 

Mənbə: “Mirzayev and Partners Legal Firm” MMC-nin Mətbuat Xidməti

Loading...