Tatarıstan prezidenti 3 milyardlıq təyyarəsi ilə gündəmdə

Tatarıstan prezidenti 3 milyardlıq təyyarəsi ilə gündəmdə

Rusiyanın Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov şəxsi səfərləri üçün istifadə etdiyi bahalı təyyarəsi ilə gündəmdədir.

Axeber.az bildirir ki, bu barədə politoloq Aleksey Navalnının Kazan qərargahının əməkdaşlarının apardığı araşdırmalardan sonra məlum olub. Minnihanovun “Falcon 8X” markalı biznes-ceti 3 milyord rubl (təxminən 80 milyon 700 min manat) dəyərindədir. Tatarıstan rəhbəri bu laynerlə işgüzar səfərlərə də çıxır. 19 yerlik cetin bir saatlıq texniki qulluğu 150-200 min rubl dəyərindədir.

Araşdırma müəllifləri təyyarənin hansı pulla alındığını öyrənmək üçün yerli administrasiyaya sorğu göndəriblər. //qafqazinfo