TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırdı

TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırdı

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əhalini bu qurumun adından sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamağa çağırıb.m

Axeber.az-ın məlumatınagörə, R.Bayramlı “Xəzər” kanalına müsahibəsində bildirib ki, insanlarda əks-təbliğat hissləri oyadan, çaşqınlıq yaradan məlumatlar yayılır:

“Təəssüflər olsun ki, insanlara yalan məlumatların verilməsi halları olur. Vətəndaşlarımızdan xahişimiz odur ki, Səhiyyə Nazirliyinin, İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəsmi şəxslərinin açıqlamalarına etibar etsinlər”.