TƏBİB koronavirusla bağlı əhaliyə xəbərdarlıq etdi

TƏBİB koronavirusla bağlı əhaliyə xəbərdarlıq etdi
adv
adv

Koronavirusa yoluxma bütün yaş qrupları arasında qeydə alınsa da, yoluxma orta yaşlı insanlar arasında daha çoxdur.

Axeber.az xəbər verir ki, bu barədə TƏBİB-İN  Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, yaşından asılı olmayaraq, ümumilikdə çoxsaylı təmaslara məruz qalan insanların koronavirusa yoluxma ehtimalı daha çoxdur:

“Yaşlı xəstələr bu xəstəliyi ağır keçirirlər. Cavan xəstələrdə xəstəliyin klinik əlamətləri ya yüngül, ya da heç olmaya bilər. Amma cavanlarda da xəstəliyin bu cür müşahidə edilməsi pisdir, çünki onlar çox zaman xəstələndiklərinin fərqində olmurlar. “Bir balaca soyuqlamışam, özümü narahat hiss edirəm" desələr də, virusa yoluxduqlarını fikirləşmirlər. Bu halda koronavirusa yoluxan cavanlar əsl infeksiya mənbəyi olurlar və digər insanları virusa yoluxdururlar. Bu məsələlərin hamısına diqqət etmək lazımdır".

Loading...