Teleaparıcı Lalə Azərtaş ATV-dən belə ayrıldı - FOTO

Teleaparıcı Lalə Azərtaş ATV-dən belə ayrıldı - FOTO

Tanınmış aparıcı Lalə Azərtaş dünən ATV telekanalında sonuncu efirinə çıxıb.

 Aparıcı kollektivlə keçirilən vida görüşü zamanı göz yaşlarını saxlaya bilməyib. 


Bununla bağlı həmkarları sosial şəbəkədə fotoşəkil paylaşıblar. 

Lalə Azərtaş 18 ildir ATV-də çalışırdı. O, bundan sonra fəaliyyətini “Xəzər” telekanalında davam etdirəcək.