Ötən gün yol qəzalarında 6 nəfər öldü

Ötən gün yol qəzalarında 6 nəfər öldü

Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axeber.az-a bildirilib ki, martın 17-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.