Teymur Mustafayevin ölüm səbəbi məlum oldu — AÇIQLAMA

Teymur Mustafayevin ölüm səbəbi məlum oldu — AÇIQLAMA

Əməkdar artist Yusif Mustafayev Xalq artisti Teymur Mustafayevin vəfat etmə səbəbi barədə danışıb.

Yusif Mustafayev ''Ölkə.Az''-a açıqlamasında bildirib ki, Teymur Mustafayev uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirmiş. 

''Onun uzun müddətdir şəkəri var idi və vəfat səbəbi də məhz bununla əlaqəlidir. Deyildiyi kimi Teymur Mustafayev koronavirusdan rəhmətə getməyib. Çünki çox səliqəli insan idi. Gigiyena qaydalarına, nizam-intizama riayət edirdi. Koronavirusdan vəfat etməsi ilə bağlı deyilənlər həqiqət deyil''. 

Əməkdaşımız Teymur Mustafayevin rayonda yaşayan əmisi uşaqları ilə də əlaqə saxlayıb. Onlar Xalq artistinin şəkər xəstəliyindən vəfat etməsini təsdiqləyiblər.

Qeyd edək ki, Teymur Mustafayev 10 aprel 1939-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycanın xalq artisti 11 iyun 2020-ci ildə rəhmətə gedib.