Tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadıldı

Tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadıldı

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti uzadılıb.

Axeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin müddət martın 1-dək uzadılıb.