Toyunda ÇL himni ilə tort kəsdi - VİDEO

Toyunda ÇL himni ilə tort kəsdi - VİDEO

Qadın millimizin futbolçusu Manə Mollayeva kişilərdən ibarət əsas yığmanın inzibatçısı Əli Davudovla ailə həyatı qurub.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyanın “Ryazan” klubunun 21 yaşlı futbolçusunun toy mərasimi Bakıdakı şadlıq saraylarından birində təşkil edilib.

Toyda "tort kəsmə" mərasimində maraqlı anlar yaşanıb. Futbolçunun top formasında olan tortu kəsilən zaman Çempionlar Liqasının himni səsləndirilib.