Toyundan bir neçə gün sonra şəhid olan Elməddin... - VİDEO

Toyundan bir neçə gün sonra şəhid olan Elməddin... - VİDEO

“İllər də keçsə, aylar da keçsə, o, mənim gözümdə eyni qalacaq – 25 yaşlı təzə bəyim kimi”.

Axeber.az xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Elməddin Şindiyevin həyat yoldaşı Lalə Ocaqverdiyeva “ATV xəbər”ə deyib.

Üç il qovuşacaqları günü gözləyən cütlük cəmi üç gün eyni yastığa baş qoya bilib:

“Oktyabrın 10-u səhər Elməddin zəng vurdu. Dedi ki, evliləri bir günlük buraxırlar, səhər evdəyəm. Elə də oldu. 11-i səhər gəldi, amma...”.

Qeyd edək ki, E. Şindiyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ətraflı aşağıdakı süjetdə: