Tramp peyvəndin hazır olacağı vaxtı açıqladı

Tramp peyvəndin hazır olacağı vaxtı açıqladı

“ABŞ-ın koronavirus peyvəndi 3-4 həftəyə hazır ola bilər” - Tramp

ABŞ-da koronavirus peyvəndi üç və ya dörd həftə ərzində hazır ola bilər.

Bu barədə çərşənbə axşamı günü ABŞ Prezidenti Donald Tramp “ABC” telekanalının efirində çıxış edərkən bildirib.

"Ola bilsin, əvvəlki administrasiyalara peyvəndi almaq üçün illər tələb olunardı. Amma onu almaq üçün bizim bir neçə həftəmiz qaldı. Bu, üç-dörd həftə ola bilər", - o deyib.