Tramp Zelenskini ABŞ-a dəvət etdi

Tramp Zelenskini ABŞ-a dəvət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfər edəcək.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Ukraynanın Avropa və Avroatlantik İnteqrasiyası məsələləri üzrə Baş Nazirinin müavini Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, Kiyev Zelenskinin Vaşinqtona səfərinin təşkili üzərində işləyir. Səfər ABŞ prezidenti Donald Trampın dəvəti ilə gerçəkləşəcək.

Səfər tarixi açıqlanmayıb.