Türkiyə hərəkatdan sonra Suriyaya qayıdanların sayını açıqladı

Türkiyə hərəkatdan sonra Suriyaya qayıdanların sayını açıqladı

Türkiyə Müdafiə naziri Hülusi Akar Suriyadakı hərəkatlardan sonra terror dəhlizi yaratmaq cəhdinin baş tutmadığını açıqlayıb.

Axeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Akar indiyədək Suriyanın Afrin bölgəsinə 400 mindən çox qaçqının geri qayıtdığını bildirib:

“Hərəkatlar nəticəsində terror dəhlizi yaratmaq məsələsi bitdi. İndiyədək isə 400 mindən çox suriyalı geri qayıdıb”.

Nazir Suriya Milli Ordusunun “Əl Qaidə” terror təşkilatı ilə əlaələndirilməsinin doğru olmadığını vurğulayıb:

“Suriya Milli Ordusunun məqsədi ölkələrini xilas etməkdir. Onların xərcləri Müdafiə Nazirliyi tərəfindən ödənilmir. Öz ölkəsi uğrunda çalışan bir qrupdan bəhs edirik”.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlamışdı.