Türkiyə ordusu terrorçuların hədəflərini məhv etdi

Türkiyə ordusu terrorçuların hədəflərini məhv etdi

Türkiyə ordusu Fərat çayının şərqində keçirdiyi “Sülh Pınarı” əməliyyatı zamanı sərhəddən 30 kilometr məsafədə irəliləyərək PKK/YPG hədəflərini vurub.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin F-16 qırıcıları Ayn İsa əyalətinin əhatəsindəki Rami hərbi bazasını və silah anbarını, Aluk, Mustel, Əsadiyə, Fender və Huşan kəndlərindəki terror təşkilatlarının hədəflərini bombalayıb. Dərik və Qamışlı əyalətlərindəki terrorçular da məhv edilib. 

Terrorçular hərbi təyyarələrin görmə əhatəsini məhdudlaşdırmaq üçün rezin təkərləri yandırmağa başlayıb.