Türkiyə Prezidenti Sinan Oğana təşəkkür etdi

Türkiyə Prezidenti Sinan Oğana təşəkkür etdi

“Ofisimizdə “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanla görüşümüz oldu. Bu gün o, bizə və “Cümhur İttifaqı”na dəstək verəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün yoldaşlarım adından təşəkkür edirəm”.

Axeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

“Sinan müəllim terrorla mübarizə, xüsusən də türk dünyası ilə münasibətlərdə bizim aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz.

İnanıram ki, bu qüvvələrin birliyi millətimizə, ölkəmizə xeyir verəcək. Aydın fakt qaçqınların, sığınacaq axtaranların və s.-dir ki, onlar diqqət mərkəzindədirlər və indi 450 min qaçqın öz evlərinə qayıdıb. Amma hazırda bizim planımız var ki, 1 milyon qaçqın da Suriyaya qayıdacaq. Təbii ki, bu zamanla baş verəcək”-deyə, o bildirib.