Türkiyədə dağıntılar altından 40 nəfər çıxarıldı

Türkiyədə dağıntılar altından 40 nəfər çıxarıldı

Türkiyədə zəlzələ səbəbindən dağıntılar altında qalan 40 nəfər çıxarılıb.

Axeber.az-ın məlumatına görə, bu barədə “NTV” telekanalı xəbər verib.

Elazığda dağıntılar altında daha 22 nəfər ola bilər. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.