Türkiyədə prokurorluq zəlzələ ilə bağlı araşdırmalara başladı

Türkiyədə prokurorluq zəlzələ ilə bağlı araşdırmalara başladı

Türkiyənin Elazığ vilayətində baş verən dəhşətli zəlzələdən sonra sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı araşdırma aparılır.

Axeber.az oxu.az-a istinadən xəbər verir ki, Ankara prokurorluğu zəlzələ ilə bağlı sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatlarla bağlı təhqiqata başlayıb.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı bildirilib.