Türkiyədə seçkilərdə təxribat xarakterli xəbərlərin yayılmasına görə 5 nəfər saxlanıldı

Türkiyədə seçkilərdə təxribat xarakterli xəbərlərin yayılmasına görə 5 nəfər saxlanıldı

Bu gün Türkiyə təhlükəsizlik qüvvələri sosial şəbəkələrdə ölkədə prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı təxribat xarakterli mesajların yayılmasına görə 5 nəfəri saxlayıb.

Axeber.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Onlar sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turunda səsvermənin gedişi ilə bağlı ictimaiyyətdə yanlış və qeyri-real təsəvvür yarada biləcək təxribat və manipulyasiya xarakterli mesajlar yaymaqla ictimai asayişi pozmağa cəhddə ittiham olunurlar.