Türkiyədə terror aktı törədildi

Türkiyədə terror aktı törədildi

Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı törədilib.

Axeber.az-ın xəbərinə görə, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgenderunun mərkəzində Fener küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir. 

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını bildirib. Yaralananlar barədə hələlik məlumat verilmir.