Türkiyədə yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

Türkiyədə yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

Türkiyənin Kırklareli şəhərinin valisi Osman Bilginə koronavirus diaqnozu qoyulub. 

Axeber.az "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Kırklareli Valiliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. 

Bildirilib ki, O.Bilginin koronavirus testi pozitiv çıxıb. Bu səbəbdən vali özünü 14 gün müddətinə qaldığı iqamətgahda təcrid edib və işlərə uzaqdan nəzarət edəcək.