Türkiyədə zəlzələ nəticəsində bina çökdü, ölənlər var - VİDEO

Türkiyədə zəlzələ nəticəsində bina çökdü, ölənlər var - VİDEO

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, 84 nəfər yaralanıb.

Axeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:

"Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".