Türkiyəyə koronavirus test nəticəsi ilə giriş bu tarixə qədər uzadıldı

Türkiyəyə koronavirus test nəticəsi ilə giriş bu tarixə qədər uzadıldı

Türkiyəyə hava, quru və ya dəniz yolu ilə daxil olan şəxslərdən neqativ koronavirus test nəticəsi tələbinin müddəti uzadılıb.

Axeber.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin rəsmi feysbuk hesabında məlumat verilib.

“Koronavirusa yoluxma hallarına nəzarəti saxlamaq məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizə quru, dəniz və hava yolu ilə gələcək şəxslərdən son 72 saat içində verilmiş neqativ koronavirus test nəticəsi tələbi və neqativ nəticəsi olmayan şəxslərin karantinə alınmasına dair qaydaların müddəti 15 aprel 2021-ci il tarixinə qədər uzadılıb”,- deyə məlumatda qeyd olunub.