"Twitter"də yeni funksiya işə düşür

"Twitter"də yeni funksiya işə düşür

"Twitter" mikrobloqu yenilik tətbiq edir.

Axeber.az bildirir ki, bundan sonra istifadəçilər öz postlarına yazılan cavabları gizlədə biləcəklər.

“Sizə söhbətlər üzərində daha çox nəzarəti təmin etməyə şərait yaratmaq üçün biz statuslarınıza cavabları gizlədən funksiyanı test etməyə başladıq”, - deyə şirkətin məlumatında deyilir.

Test bütün dünya istifadəçilərinə şamil olunacaq.

Bu funksiya sosial şəbəkə istifadəçilərinin "Twitter​​​​​​​"də müraciətləri zamanı özlərini təhlükəsiz və rahat hiss etmələri üçün hazırlanıb.