Ukrayna Baş Qərargahı: "Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib"

Ukrayna Baş Qərargahı: "Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib"

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib”.

Axeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1504 tank, 3 632 zirehli maşın, 756 artilleriya sistemi, 240 reaktiv yaylım atəşi sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 183 helikopter, 620 operativ-taktiki PUA, 137 qanadlı raket, 14 gəmi/qayıq, 60 xüsusi texnika, 2548 avtomobilni məhv edib.