Ukrayna Baş Qərargahı Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna Baş Qərargahı Rusiyanın hərbi itkilərini açıqladı

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 650 hərbçisi məhv edilib”.

Axeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 792 tank, 4032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 964 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, rəqib ən çox Donetsk istiqamətində itki verib.